Gəncədə əsas kapitala 37 milyon manat investisiya yönəldilib - Statistika

Gəncə Şəhər Statistika İdarəsi 2022-ci ilin yanvar-iyun ayları üzrə Gəncə şəhərində əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin fəaliyyətinin vəziyyəti haqqında məlumatları açıqlayıb.

Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 37,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 5,7 milyon manatı (15,4 faizi) məhsul istehsalı sahələrinin, 26,3 milyon manatı (71,1 faizi) xidmət sahələrinin, 5,0 milyon (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 55,6 faizi dövlət, 44,4 faizi isə qeyri-dövlət sektoruna məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 33,8 milyon manatı və ya 91,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi həcmində büdcə vəsaitləri 55,6 faiz, müəssisə və təşkilatların vəsaitləri 8,9 faiz, əhalinin şəxsi vəsaitləri 35,5 faiz təşkil etmişdir.

Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2022-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 14,9 milyon manat təşkil etmişdir. Ümumi tikinti işlərinin 9,6 milyon manatını, yaxud 64,4 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 45,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 5,8 faizini cari təmir işləri, 2,3 faizini sair işlər), təşkil etmiş, 35,9 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR