Pakistan şirkətləri Gəncədə tikinti layihələrində maraqlıdırlar

"Pakistandan gələn şirkətlərin əsas məqsədi Azərbaycanla ticarət əlaqələrinə başlamaqdır. Bununla yanaşı, həmin şirkətlər istəyirlər ki, Azərbaycanda ortaq müəssisə yaratsınlar. Azərbaycana gələn şirkətlər müxtəlif sahələri (tikinti, əczaçılıq, tekstil, ərzaq məhsullarının istehsalı) əhatə edir".
Bu sözləri Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Hurram Bhattin Bakıda Pakistanın biznes imkanlarına həsr edilmiş tədbir zamanı açıqlamasında bildirib.
O, ortaq müəssisələrin yaradılmasına da münasibət bildirib: "Pakistandan Azərbaycana gələn şirkətlər azad edilmiş ərazilərdə, Bakıda, Gəncədə tikinti layihələrində maraqlıdırlar. Bununla yanaşı, əczaçılıq sahəsində də ortaq müəssisələrin yaradılması gözlənilir".
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azərbaycanın qeyri neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay