Gəncədə Rəsulzadənin büstü necə qoyulub? - TARİX

GancaPost.info xəbər verir ki, 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadənin büstü məhz Gəncədə ucaldılıb və büstün müəllifi gəncəli heykəltaraş Cəmaləddin Rüstəmov olub.

Gəncəli heykəltaraş Cəmaləddin Rüstəmov bu tarixi hadisə ilə bağlı xatirəsini bölüşüb:

"1990-cı ildə Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadənin ilk dəfə olaraq büstünün hazırlanması böyük bir məsuliyyət demək idi. Məlum hadisələrdən və qanlı 20 yanvar faciəsindən sonra mənfur erməni generalı İvan Baqramyanın Dəmiryolu vağzalının parkında heykəli vardı. Qərara gəldik ki, onu dağıdaq. Və belə də oldu. Sonradan həmin yerdə Məmməd Əmin Rəsulzadənin büstünün qoyulmasına qərar verildi. O illərdə təsəvvür edin ki, Məmməd Əmin Rəsulzadənin şəklini belə tapa bilmirdik. 1990-cı ilin noyabr, dekabr ayları idi. Hansısa bir qəzetdən balaca bir ölçüdə Rəsulzadənin şəklini tapa bildik. Həmin şəklin əsasında mən eskiz etdim. Bəyənildi. Mən, heykəltəraş Asəf Həsənov və Qurban Qurbanov bu büstü hazırlamalı olduq. Sonra o dövrlərdə bir qədər maliyyə problemləri ilə üzləşsək də ancaq 1991-ci ilin aprel ayında büstün açılmasına nail ola bildik. Və bu tarixi hadisəni həyata keçirmək məhz mənə qismət oldu" - deyə gəncəli heykəltəraş Cəmaləddin Rüstəmov qeyd edir.

Xatırladaq ki, erməni generalı İvan Baqramyanın büstü 1983-cü ildə Gəncədə yerləşən Dəmiryolçular parkında qoyulub.

GancaPost.info

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR